إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qızılı əlyazma Quran nüsxəsi hərraca çıxarılacaq

Teymurilər sülaləsi dövrünə aid və qızıl ilə işlənilmiş qədim əlyazma Quran nüsxəsi İngiltərənin paytaxtı London şəhərində hərraca çıxarılacaq.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, haşiyəsi Çini rəssamlıq metodu ilə ağac və təbiət təsviri ilə bəzədilmiş və qızıl döymə ilə işlənmiş bu nəfis əlyazma Quran nüsxəsi qədim İran ərazisinə aiddir.

Bu əlyazma Quran nüsxəsi İranda hökmranlıq etmiş Teymurilər sülaləsi ilə Çinin Ming imperatorluğu arasında diplomatik və iqtisadi əlaqələrin mövcudluğunun dəlilidir. Çünki həmin zamanlarda üzərinə Quran yazılması üçün Çin kağızlarından istifadə edilirdi.

Çindən gətirilmiş kağız üzərində yazılmış bu Quran nüsxəsi İran və Çin rəsmiləri arasında diplomatik əlaqələrin bir göstəricisidir. Nümayəndələr səfər zamanı istehsal edilən saxsı, kağız və ipək kimi məhsullarını hədiyyə olaraq bir-birinə təqdim ediblər.

Bu Quran nüsxəsinin səhifələri bənövşəyi, sarı, mavi, qırmızı və yaşıl rənglərlə işlənilib. Həmin zaman yazı üçün rəngli kağızlardan artıq İslam dünyasında da istifadə edilirdi.

Çinlilər o zaman belə kağızlardan mühüm sənədlərin yazılması üçün istifadə edirdilər.

İyun ayının 25-də hərraca çıxarılacaq qədim əlyazma Quran nüsxəsinin qiyməti 6 yüz min ponddan 9 yüz min ponda qədər olacaqdır.

عرضه نسخه خطی قرآن طلاکاری شده در مزایده لندن

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2020  13:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!