إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kərbəla və Nəcəfə ziyarət turları bu tezliklə baş tutmayacaq – Səfir

"İraqda müqəddəs ziyarətgahlara ziyarət turları bu tezliklə baş tutmayacaq.”

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İraqdakı səfiri İrəc Məscidi deyib.

İraqın Səhiyyə və Xarici işlər nazirlərilə görüşünün yekununu açıqlayan İran səfiri bildirib ki, İraq tərəfi pandemiyaya qarşı tədbirlərə görə hələ bu tezliklə xarici vətəndaşların ziyarətlərinin baş tutmayacağını bildiriblər.

İran səfiri rəsmi twitter səhifəsində yazıb ki, “İraqın Səhiyyə və Xarici işlər nazirlərilə aparılan danışıqlara əsasən qarşı tərəf bütün zəminlərdə əməkdaşlıq etmək sözü verib. Bütün sərhəd keçidlərinin tədrici şəkildə həftədə iki dəfə ticarət mübadiləsi məqsədilə açılması, İraqın Səhiyyə mənbələrilə koordinasiya etməklə iranlı işçilərin qarşılıqlı strateji anlaşmaların həyata keçirilməsi istiqamətində bu ölkəyə daxil olması və sair məsələlər müzakirə edilib”, deyə İran səfiri açıqlayıb ki, ziyarətlərin bu tezliklə baş tutması gözlənilmir.

Qeyd edək ki, İranla İraq arasında olan sərhəd keçidlərinin bir neçəsi yalnız ticarət yüklərinin daşınamsı üçün açıq elan edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2020  12:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!