|
• Mənəviyyat • MənəviyyatQuranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunubQurani-Kərimin ən qədim təfsirlərindən biri Azərbaycan oxucularının ixtiyarına verilib. Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, X əsr İslam alimlərindən olan Şeyx Əbu Nəsr Muhəmməd ibn Məsud Əyyaşi Süləminin “Təfsirul-Əyyaşi” adlı əsəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunaraq işıq üzü görmüşdür. Əsəri orijinal ərəb dilindən Azərbaycan dilinə AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Hilal Ağamoğlanov tərcümə edib. Layihənin elmi redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, rəyçisi AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibovdur. 980 səhifədən ibarət olan kitab dövrümüzə gəlib çatan ən qədim Quran təfsirlərindəndir. Təfsirdə elmin mədəni sayılan Hz.Peyğəmbər (s) və Əhli-Beyt İmamlarından (ə) nəql olunan rəvayətlər cəm edilmişdir. Orta əsr və müasir dövr alimlərin əsas istinad mənbələrindən biri hesab olunan əsərdə şərhlər yalnız barəsində hədis və ya rəvayət olan ayələr barədə verilir, digər ayələrin təfsirinə toxunulmur, ayələrlə bağlı müəllifin və ya başqa alimlərin fikirlərinə yer verilmir. Əsərin hazırda mövcud olan nüsxəsi “əl-Fatihə”dən “əl-Kəhf”ədək olan surələrin təfsirini ehtiva edir. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2020 12:30 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |