|
• Dünyadaİranda Fitr bayramı namazının müəyyən şərtlərlə camaatla qılınmasına icazə verilibİran səhiyyə, gigiyeniya və sosial məsafə şərtlərinə əməl etmək şərtilə açıq məkanlarda Fitr bayramı namazının qılınmasına icazə verib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews İSNA-ya istinadla xəbər verir ki, bu barədə İranda Koronavirusla Mübarizə Mərkəzindən məlumat verilib. Bildirilib ki, ölkə paytaxtı koronavirsun yayılması ilə bağlı hələ də “Qırmızı bölgə” hesab edilsə də burada Fitr bayramı namazının müəyyən şərtlərin riayət edilməsilə qılınmasına icazə veriləcək. Məlumata görə Fitr bayramı namazı camaatla, bağlı məkanlarda deyil açıq məkanlarda qılınmalı, hər kəs möhür və səccadəsini özü ilə gətirməli, namaz vaxtı müəyyən məsafəyə və maska taxmaq kimi digər səhiyyə şərtlərinə əməl etməklə qılmalıdır. Həmçinin İranda “Ağ bölgələrdə” məktəblər də açıq elan edilib. Xatırladaq ki,bu günə qədər İranda koronavirusa yoluxanların ümumi sayı 120 mini keçib, onlardan 96 minə yaxın sağalaraq evə buraxılıb və 7 minə qədəri dünyasını dəyişib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2020 12:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|