|
• DünyadaKəbənin ən qədim açarı videosərgiyə çıxarılıbMisrin turizm nazirliyi bu ölkənin İslami İncəsənət Muzeyində olan tarixi eksponantları ehtiva edən videolar məcmuəsi hazırlayıb və yayıb. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, bu videolardan birində Kəbə evinin ən qədim açarı nümayiş edilib. Misrin İslami İncəsənət Muzeyinin təlim mərkəzinin müdiri Ceyhan Nəbilin dediyinə görə, Kəbənin bu klidi Məmluklar dövrünə, Sultan Əşrəf Şəbanın hakimiyyəti zamanına aiddir. Kilidin üzərində Qurani-Kərimin "İnna fətəhna ləkə fəthən mubina" ayəsi nəsx xətti ilə yazılmışdır. Bundan əlavə açarın üzərində Sultan Əşrəf Şəbanın adı və ləqəbi həkk edilmişdir. Klidin üzərinə 756-cı hicri-qəməri ili (1363-1364 miladi) yazılmışdır. Qeyd edək ki, Misr məmlukları Türk qoşun başçıları silsiləsindən idilər və 1250-ci ildən 1517-ci ilədək Misr və Şama hakimiyyət ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2020 11:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |