إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei: “Quranın bir sıra tətbiqi göstərişləri insana həyat tərzi qaydasını öyrədir”

Ayətullah Xamenei  Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının gəlişi münasibətilə  müsəlmanları təbrik edib və insanların ictimai və fərdi həyatının tənzimlənməsi üçün Quranın səadətbəxş göstərişləri haqqında danışıb.

Ahlibeyt.az-ın Leader.ir-ə istinadən verdiyi xəbərə görə,mübarək Ramazan ayının ilk günündə Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei və Quran qarilərinin iştirakı ilə  Quranla üns məclisi təşkil olunub.  Canlı yayımlanan  mərasimdə Quran tilavət edilib, dualar oxunulub.

Ayətullah Xamenei çıxışı zamanı insanlığın zülmdən, ayrıseçkilikdən, müharibədən, sabitsizlikdən və dəyərlərin tapdalanmasından xilasının, eləcə də aramlıq, sağlamlıq və rahatlığa qovuşmağın yeganə çıxış yolunun Quranın göstərişlərinə əməl etmək olduğunu bildirib və qeyd edib ki, Quranın bir sıra tətbiqi göstərişləri  insana həyat tərzi qaydasını öyrədir:

“Əgər bu qaydalar güc, pul və şəhvət əsasında tətbiq olunarsa, insan həqiqi və axirət həyatından bəhrəsiz olacaq. Lakin əgər insanlar  öz həyat tərzlərini yaxşılıq  əsasında qursalar, dünyəvi  mənfətlə yanaşı həyatın həqiqi məqsədlərinə də çatacaqlar.

İlahi nemətlərdən, o cümlədən, sərvət və gücdən insanların həyatını abadlaşdırmaq üçün  vasitə kimi istifadə etmək, ehtiyaclılara və digər insanlara yardımın  Quranın tətbiqi göstərəişlərindəndir.

Quranın  bir sıra digər ayələrinə və göstərişlərinə əməl etmək  insanların ictimai münasibətlərinin tənzimlənməsinə səbəb olur.  Cəmiyyətdə qeybət etməkdən çəkinmək, müxaliflər və düşmənlərə qarşı belə insafla davranmaq  həmin qaydalardandın.

Ayətullah Xamenei Quranın digər göstərişinin yəqin hasil olmayan mövzuları yaymamaqla bağlı olduğunu bildirb və deyib ki, bu gün dünyadakı mövcud jurnalistikanın problemlərindən  biri Quranın bu göstərişinə əməl etməmək, şaiyələr və yalan xəbərlər yaymaqdır və təssüflər olsun ki, bizim cəmiyyətdə də bu kimi hallar baş verir:

Zalımlara üz tutmamaq və onlara etibar etməkdən çəkinmək,  həyatda insaflı və ədalətli olmaq, əmanətə xəyanət etməmək İslamın digər göstərişləridir. Əmanətə xəyanət etməmək məsuliyyət və vəzifəyə də aiddir. Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın digər önəmli göstərişlərindəndir. Bu gün bəzi İslam ölkələrinin vəziyyəti  və onların bəzi zalım güclər tərəfindən təhqir edilməsi onların İslam düşmənlərindən  qorxmaqlarının nəticəsidir.

Hegemon güclərdən qorxmamaq İmam Xomeyninin sirə və böyük dərsidir. ABŞ-dan qorxmaq  acı nəticələr gətirəcək. Biz keçmiş hökumətlərimizdə  gördük ki, onların  ABŞ-dan qorxmaqları necə  ağır problemlər yaratdı.

Ramazan ayında  Allahdan bağışlanmaq diləmək, tövbə etmək,  Allahı yad etmək və diqqətlə namaz qılmaq insanda ruh yüksəkliyi yaradır.

Ümid edirəm  bütün müsəlman xalqlar, xüsusilə, İslam ölkələri və onların məsul şəxsləri Quranın göstərişlərinə əməl edəcəklər. Çünki Quran  problemlərin şəfabəxş nüsxəsidr.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2020  10:27 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!