|
• DünyadaGürcüstan Müsəlmanları İdarəsi Ramazan ayında məscidlərin fəaliyyəti ilə bağlı qərar verib
Gürcüstan Müsəlmanları İdarəsinin Ali Dini Şurasının nəzdində Gürcüstan Ruhaniləri Heyətinin Ramazan ayının gəlişi münasibəti ilə dünyada yayılan yeni növ koronovirus (COVID-19) infeksiyasının yayıldığı dönəmdə məscidlərdəki ibadət və mənəvi proqramlarla bağlı aprelin 16-da onlayn toplantı keçirilib.
Bağışlayın və mehriban Allahın adı ilə Öncə qarşıdan gələn Ramazan ayının gəlişi münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edir, bu Allah ayında Oruc, dua və bütün ibadətlərin qəbul olunmasını diləyirik. Düşünürük ki, hər hansı bir məsələdə humanist İslam dininin insan sağlamlığına dəyər verdiyini, hətta bir çox ibadət hökmlərində insan sağlamlığının zərurətindən dolayı güzəştə getdiyini və eləcə də hər zaman tədbirli olmağa dəvət etdiyi nəzərə alınmlalıdır. Həmçinin dini məsələlərdə Quran və hədislərin fikirlərindən sonra dini mərcə hesab olunan müctəhid və fəqihlərin də görüşlərinə söykənərək qərar söylənilməlidir. Məhz bunlara əsasən Gürcüstanda fəaliyyət göstərən Ruhanilər Heyəti mart ayının 17-dən etibarən heç bir dövlət təzyiq olmadan azad və könüllü şəkildə qərara alaraq məscidlərdə Cümə namazlarının, toplu şəkildə olan dini mərasim və ibadətlərin dayandırılmasını təkidlə tövsiyə etmişdir. Artıq Ramazan ayına az qalan müddətdə təəsüflər olsun ki, Pandemiya (ümumdünya epidemiyası) halına gələn, ölkəmizdə də böyük həyati təhlükəyə çevirilən bu virusun tam qarşısını almaq mümkün olmamışdır. Buna görə də çarəsizlikdən bu ilki Allah ayında tək və fərdi ibadətlərə üstünlük verib, toplu ibadətlərdən: cammat namazlarından və cəm iftar məclislərindən uzaq durmağı tövsiyə edirik. Eyni zamanda tövsiyə olunur ki, bu il Ramazanın gözəl ənənəsi olan açmaq istədiyimiz iftar süfrələrinin əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və ya ərzaq alıb verək. Kasıb oruc tutan ailələrin iftar süfrəsinin açılmasına də səbəb olaq. Bu qərarla biz Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır gündə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir almış olarıq. Uca Allahdan dua və ibadət ayı olan Ramazanda dilək və istəyimiz budur ki, ümumdünya epidemiyası olan bu virusun ölkəmizdən və bütün dünyadan aradan getməsi üçün yardımçı olsun. Allah bütün xəstələrə şəfa və insanlara da bu ağır günlərdə səbr, iradə və həmrəylik nəsib etsin. Amin! Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2020 11:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |