|
• DünyadaSəudiyyə Ərəbistanı İranın İƏT XİN başçılarının iclasına qatılmasına mane olduİran Xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən Trampın “Əsrin sazişi” planı ilə bağlı fövqəladə iclasa dəvət olunsa da, krallıq viza öhdəliyinə əməl etməyib. Ahlibeyt.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, bunu İran XİN başçısı Abbas Müsəvi bildirib ki,İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər nazirlərinin Səudiyyə Ərəbistanında fevralın 3-də keçirilən iclasına İran nümayəndə heyəti qatılmayacaq.
O qeyd edib ki, Səudiyyə Ərəbistanının vizanı gecikdirməsi səbəbindən İran nümayəndə heyətinin səfəri ləğv olunub. “Səudiyyə Ərəbistanı hökuməti viza verilməsini yubatdı. Bu halda nümayəndə heyətinin bugünkü iclasda iştirak etməsi mümkün deyildi. Bu səbəbdən səfər ləğv olundu”, - deyə A. Musəvi vurğulayıb. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas çağırıb. Bu gün keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2020 11:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |