
İran Xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilən Trampın “Əsrin sazişi” planı ilə bağlı fövqəladə iclasa dəvət olunsa da, krallıq viza öhdəliyinə əməl etməyib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanının vizanı gecikdirməsi səbəbindən İran nümayəndə heyətinin səfəri ləğv olunub.
“Səudiyyə Ərəbistanı hökuməti viza verilməsini yubatdı. Bu halda nümayəndə heyətinin bugünkü iclasda iştirak etməsi mümkün deyildi. Bu səbəbdən səfər ləğv olundu”, - deyə A. Musəvi vurğulayıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas çağırıb. Bu gün keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək.