إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: “Əyyami-Fatimiyyə” - Birinci gün (Audio-Videolink)

Xanım Zəhranın(s.ə) şəhadət günü barədə bir neçə tarix qeyd olunub ki, onlardan ikisi məşhurdur.Bir rəvayatlərə görə,Peyğəmbərin əziz qızı Fatimeyi-Zəhra(s.ə) Həzrət Məhəmməd(s)in  vəfatından  95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il)  ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir.

Bu günlər Əyyami Fatimiyyə(s.ə) -Fatimə günləri adlandırılır və Xanım Zəhraya(s.ə) əza mərasimləri təşkil olunur.

Ahlibeyt.az-ın məlumatına görə, Əyyami-Fatimə günləri ilə bağlı yanvar ayının 27-28-29 tarixlərində saat 20:00-da Bakının "Məşədi Dadaş" məscidində əza məclisləri keçiriləcək.

Əyyami-Fatimiyyə mərasiminin ilk günü məscidin imam camaatı  İlahiyyatçı alim Hacı Şahin Həsənli peyğəmbərin öz qızına göstərdiyi ehtiram və Xanım Zəhranın öz həyatını vilayət yolunda qurban verməsi ətrafında xütbə etmişdir.

Bütün növ planşet,smartfon və mobil telefonlar üçün nəzərdə tutulmuş "Fatimiyyə Xütbəsi"nin audiolinkini təqdim edirik:

 

Audiolink - http://ahlibeyt.az/xutba/2.mp3

 

VİDEO

 

Qeyd edək ki,linkin  facebook və digər sosial şəbəkələrdə paylanması icazəlidir.lakin yüklənərək disklərə köçürülməsinə,yotube və s. şəbəkələrə yüklənməsinə icaze verilmir.

Xatıqladaq ki, xütbəni saytda yerləşdirilmiş "Fatimiyyə xütbəsi" linkindən də dinləmək mümkündür.linkdən yalnız bir xutbəni dinləmək mümkündür(keçmiş xütbələr silinərək sonuncu yükləmə ilə əvəzlənir)

Bildirək ki,audiolink müvəqqəti müddətə yerləşdirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2020  11:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!