|
• DünyadaİŞİD üzvü olan qadının ölkəyə qayıtması Norveç hökumətini parçalayıbŞİD terror təşkilatının üzvü olan qadının ölkəyə qayıtması Norveç hökumətini parçalayıb. Ahlibeyt.az-ın veriyi xəbərə görə,İslam.az-ın “Lenta.ru”ya istinadla məlumatına əsasən, Norveç Tərəqqi Partiyası hökuməti tərk edib. Bu isə baş nazir Erna Sulberqin vəzifəsi bahasına başa gələ bilər. Belə ki, Tərəqqi Partiyasının koalisiya hökumətindən çıxması ilə əlaqədar olaraq Sulberq ölkədə erkən seçki çağırmağa məcbur olacaq. Söhbət İraqdan qayıtmasına izn verilən terrorçu qadından və onun iki övladından gedir. Bu məsələ hökumət üzvləri və norveçlilər arasında böyük narazılığa səbəb olub. “Bir çoxları hesab edir ki, o, Norveçə qayıtmaq üçün xəstə uşağını qalxan kimi istifadə edib. Və bu, bir çoxlarında narazılıq yaradıb”,- deyə Tərəqqi Partiyasının lideri, həmçinin maliyyə naziri olan Siv Yensen bildirib. 29 yaşlı Norveç vətəndaşı 2013-cü ildə Suriyaya köçərək burada İŞİD terrorçusu olan həmyerlisi ilə evlənib. Ondan iki uşağı olub. Cütlük Suriyada yaşayıb, amma əri öldükdən sonra qadın vətəninə qayıtmaq qərarına gəlib. Bundan əvvəl o, uşaqları ilə birlikdə Suriyanın şimal-şərqindəki Əl-Xol qaçqın düşərgəsində yaşayırdı. Norveçə gəldikdən sonra qadın həbs olunacaq və uşaqlar üçün isə qəyyum təyin ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2020 10:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |