|
• DünyadaXəlifə Haftar Liviya üzrə atəşkəs anlaşmasını imzalamadan Moskvanı tərk edibLiviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar və Liviya Nümayəndələr Palatasının spikeri Akila Saleh İsa Liviyanın Milli Razılıq Hökuməti Faiz Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bu barədə Liviyanın “LANA” xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb. “Nümayəndələr Palatasının spikeri və Liviya Ərəb Silahlı Qüvvələrinin Baş Komandanı Tripolinin paytaxtında qeyri-konstitusional Milli Razılıq Hökumətinin başçısı Faiz Sarracla və onun heyəti ilə atəşkəs və ya qoşunların ordunun işğal etdiyi ərazilərdən çıxarılmasını təmin edən heç bir razılaşma imzalamadan Liviya istiqamətində Rusiyanın paytaxtı Moskvanı tərk edib”, - deyə mənbə bildirib. Bunun Tripolinin cənubunda silahlı qarşıdurmaların yenidən başlaması fonunda baş verdiyi qeyd olunur. “Al Hadath” televiziya kanalı Liviya ordusunun “qələbə əldə etməyə hazır və qətiyyətli olduğunu” bəyan etməsilə bağlı açıqlamasına istinadən bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2020 10:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |