|
• Dünyadaİran ABŞ-ın İraqdakı qərargahlarını onlarla ballistik raketlə hədəfə alıbran ABŞ-ın İraqda yerləşən "Eynul-Əsəd" və "ət-Taci" hərbi qərargahlarına, eləcə də Ərbil yaxınlığında digər bir hərbi qərargahına onlarla ballistik raket atıb. Ahlibeyt.az-ın İran KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Kurpusu bəyanat verib. Bildirilib ki, general Qasim Süleymaninin intiqamını almaq və ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərə alaraq, İraqda ABŞ-ın "Eynul-Əsəd", "ət-Taci" və digər hərbi qərargahları hədəfə alınıb. Onlarla "Fateh 313", "Qaim" və "Zülfüqar" tipli qurudan quruya ballistik raketlər bu qərargahlara atılıb. ABŞ -ın milli təhlükəsizlik şurası Trampın başçılığı ilə toplantı keçirib. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İraqda ABŞ hərbi bazalarına hücuma münasibət bildirib. Ayətullah Xamenei deyib ki, bu istiqamətdə addım atmaqda davam edəcəklər.“Biz addımlarımızı atmağa davam edəcəyik.Amerika ordusu regionu tərk etməlidir”, - deyə İranın Ali Rəhbəri qeyd edib. İran mediasının verdiyi xəbərə görə,ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.Çox sayda hərbi texnikanın pilotsuz təyyarələrin və helikopterlərin sıradan çıxdığı bildirilir. Eyni zamanda ABŞ-dan verilən açıqlamalara görə hücum edilən bazalara heç bir maddi zərər dəyməyib və hərbçilər arasında həyatını itirənlər yoxdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2020 11:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |