|
• Dünyadaİranlı general Qasım Süleymani dəfn edilibİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani bu gün dəfn edilib. Ahlibeyt.az-ın məlumatına görə, Q. Süleymani doğulduğu Kirman şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dünən izdiham müşahidə olunduğundan dəfn mərasimi təxirə salınıb. Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 78 nəfər ölüb, 200-dən çox şəxs xəsarət alıb. Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ aviasiyasnın zərbəsi nəticəsində İraqa rəsmi səfər edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |