إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullahul-Üzma Şeyx Nuri Həmədani azərbaycanlı tələbələrlə görüşmüşdür

Alimlərin vəzifəsi siyasi, mədəni və intellektual sərhədləri qorumaqdır.

Ayətullah Nuri Həmədani bu gün Bafq şəhərinin bir qrup tələbəsi və İranda Qum Elmi Hövzəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür.

Görüşdə Ayətullah Nuri Həmədani din alimlərinin vəzifələri barədə danışaraq demişdir ki, İslam dinində alimlərdən başqa heç kəsin yüksək statusu yoxdur. Amma eyni zamanda onların da vəzifəsi çox ağır olduğunu buyuran mərcei-təqlid deyib ki, çünki alimlər bir tərəfdən xalqa və İslama xidmət edirlər, digər tərəfdən isə İslam dinini qarşısında maneə olan istikbar və cinayətkarla mübarizə aparırlar.

İslam tarixində alimlərin rolunun böyük olduğunu xatırladan mərcei-təqlid deyib ki, belə olmasa idi, İslam dinindən əsər-əlamət qalmaz idi. Şeyx Nuri Həmədani deyib ki, İslam dininin düşmənləri olub və olmaqdadır. Elə buna görədir ki, İmam Sadiq(ə) buyurmuşdur ki, alimlər daim gərək özlərini fəsadla mübarizəyə hazır etsinlər.

Daha sonra Şeyx Nuri Həmədani deyib ki, necə ki ordu quru, su və hava sərhədlərini qoruyur, eynilə də alimlər siyasi, mədəni və intellektual sərhədləri qorumalıdırlar.

Ayətullah Məhəmməd Təqi Bafqini xatırlayan Şeyx Nuri Həmədani deyib ki, şah zamanı hicabların açılması başlanan dövrdə o rəbbani alim buna sərt şəkildə etiraz etdi və buna görə dövlət tərəfindən həbs edildi. Amma onu sındıra bilmədilər və o bildirdi ki, mən boynuma düşən vəzifəni yəni nəhy əz münkəri yerinə yetirmişəm.

Bəli, bidət ortaya çıxan zaman gərək onunla mübarizəyə qalxasan. Həmin zaman alimlərin sükut etməsi qəbuledilməzdir. Şükürlər olsun ki, bizim alimlər daim belə məqamlarda zülmün qarşısında sükut etməyərək öz etirazlarını bildiriblər.

Ayətullah Nuri Həmədani bölgədə cərəyan edən məsələlərə də münasibət bildirərkən deyib ki, süqut etmiş Misir, Liviya və Tunis diktatorları xalqa bağlı olmadıqları üçün süqut etdilər. Hal-hazırda Səudiyyə, Bəhreyn, İordaniya rəhbərləri də xalqa bağlı deyillər. Buna görə onları da həmin aqibət gözləməkdədir. Çünki xalqa aid olmayan hökümət süquta məhkumdur.

Ayətullah Şeyx Nuri Həmədani azərbaycanlı tələbələrə müraciət edərək deyib ki, ilk öncə gərək bir olasınız. Daha sonra özünüzü fəsadla mübarizəyə hazır edəsiniz. Çünki İslam dini yalnız mübarizliklə irəliləyə bilmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2012  22:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!