|
• DünyadaİŞİD-lə mübarizədə əvəzsiz rolu olan General Qasim Süleymaninin şəhadəti münasibətilə İranda 3 gün matəm elan olunub
ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında Həşd Şəbiyə məxsus iki avtomobilə havadan zərbələr endirib. Ahlibeyt.az İran mediasına istinadla xəbər verir ki, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunuun (“Sepah”) “Quds” qanadının briqada generalı Qasım Süleymani də şəhid olub. Hücum nəticəsində Həşd Şəbi özünümüdafiə qüvvələri rəhbərinin müavini Əbu Mehdi əl- Muhəndis, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 7 şəxs həyatlarını itiriblər. Bəzi KİV-lərin məlumatına görə, general Qasım Süleymaniyə hucum aktı ABŞ prezidenti Donald Trampın bir başa göstərişi ilə həyata keçirilib. İranın Ali Dini Rəhbəri Ayətullah Xamenei general Qasim Süleymaninin şəhadəti münasibətilə İranda 3 gün matəm elan edib. Hücumla bağlı BMT rəsmiləri də daxil olmaqla bir çox dövlət rəsmiləri və siyasi analitiklər bu hücumun beynəlxalq normaları pozmasını və reionda qarşısıalınmaz proseslərin baş verə biləcəyi barədə açıqlamalar verirlər. Qeyd edək ki, Ali dini rəhbər Ayətulah Xamenei,İran hökuməti və hərbi rəhbərliyi tərəfindən general Suleymani və Əbu Mehdi əl-Muhəndisə edilən hücumun cavabsız qalmayacağı barədə ardıcıl bəyanatlar verilməkdədir. Xatırladaq ki,general Süleymaninin Suriya və İraqda İŞİD terror qruplaşmasının məhv edilməsində əvəzsiz rolu olduğu bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Yanvar, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |