|
• DünyadaPA rəsmisi: “Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur”"Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var". Ahlibeyt.az-ın məlumatına görə, bu barədə "Report"un sualını cavablandırarkən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bunu, sadəcə, görüş adlandırmaq olar: "Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə, gördüyümüz kimi, Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə - xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq. H.Hacıyev əlavə edib ki, görüşün vaxtı tərəflər arasında razılaşdırıldıqdan sonra XİN səviyyəsində ictimaiyyətə açıqlama veriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2019 16:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |