|
• DünyadaMahmud Abbas Fələstinlə bağlı Vaşinqtonun qeyri-konstruktiv addımlarını tənqid edibABŞ-ın səfirliyini Tel Əvivdən Qüdsə köçürmə qərarı, Vaşinqtonun İsrailin lehinə qərəzli mövqeyindən xəbər verir. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas Bağdadda İraq Baş naziri Adel Abdul-Mahdi ilə görüşündə açıqlayıb. "Qüdsü İsrailin paytaxtı qəbul edərək, Birləşmiş Ştatlar tərəfsiz olmadığını göstərdi", - Fələstin lideri vurğulayıb. Abbas və Mahdi Fələstindəki vəziyyəti, Qüdsdə fələstinlilərin hüquqlarının pozulmasını müzakirə edib. İraq baş naziri Bağdadın "Fələstin xalqının tələblərinin yerinə yetirilməsinə kömək etməyə hazır olduğunu" vurğulayıb. Qeyd edək ki, bu gündən etibarən(4 mart) ABŞ-ın Qüdsdəki konsulluğu və ABŞ səfirliyi birləşərək vahid qurum kimi fəaliyyət göstərəcək. SalamNews "İnterfax"a istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bu qərar diplomatik əlaqələrimizin və fəaliyyətimizin səmərəliliyinin artırılması üçün qəbul edilib. Bu o demək deyil ki, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və ya Qəzza ilə siyasətində dəyişikliklər var", ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2019 11:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |