|
• Mənəviyyat • MəhərrəmMəhərrəm ayının 3-cü günü Kərbəlada baş vermiş hadisələrÖmər Sə`d Kərbəlaya Qoşun Yeridir
Ömər Sə`d İmam Hüseynin (ə) Kərbəlaya girişindən bir gün sonra yəni məhərrəm ayının üçü Kufəlilərdən ibarət dörd min nəfərlik qoşunla Kərbəlaya daxil oldu.
Bildirilir ki, Ömər Sə`din qəbiləsi olan Bəni Zöhrə qəbiləsi onun yanına gələrək dedilər: Səni Allaha and veririk bu işdən keç və Hüseyn (ə) ilə döyüşmə. Çünki bu bizimlə Bəni Haşimin arasında düşmənçilik yaradacaq. Bundan sonra Ömər Sə`d Übeydullahın yanına gedərək vəzifəsindən kənarlaşmasına baxmayaraq Übeydullah onun istefasını qəbul etmədi və o İmam Hüseyn (ə) ilə döyüşməyə razılaşdı.
İmam Hüseyn(ə) Kərbəla ərazisini alır
Məhərrəm ayının üçüncü günündə baş verən mühüm hadisələrdən biri də, İmam Hüseyn (ə), hal-hazırda müqəddəs məzarı olan ərazi daxil olmaqla Kərbəla torpağının bir hissəsini Neynəva və Qaziriyyə əhalisindən altmış min dirhəmə satın alaraq onlarla şərt kəsir ki, camaatı onun qəbrini ziyarət etmək üçün yol göstərib zəvvarlarını üç gün evində qonaq etsinlər.
İmam Hüseynin(ə) səhabələrinin ayıqlığı
Ömər Sə`d Kərbəlaya daxil olan kimi Üzrəh ibn Qeys Əhməsini İmam Hüseynin (ə) yanına göndərdi ki, ondan bura nə üçün gəldiyini soruşsun. Üzrəh ibn Qeys İmama məktub yazıb onu Küfəyə dəvət edənlərdən olduğu üçün həzrətin yanına getməyə xəcalət çəkirdi. Sonra Ömər Sə`d İmam Hüseynə (ə) məktub yazan Küfə böyüklərinin hamısından həzrətin yanına getməsini istəsə də, hamı bu işdən imtina etdi. Lakin Kəsir ibn Abdullah Şə`bi adlı bir nəfər qalxaraq dedi: Mən Hüseynin (ə) yanına gedəcəm və əgər istəsən önu öldürəcəm.
- Ömər Sə`d dedi: Bu haqda hələlik qərar verməmişəm, amma onun yanına get və deki, nə məqsədə bu məmləkətə gəlib?!
Kəsir ibn Abdullah Şə`bi, İmam Hüseynin (ə) xeyməsinə yaxınlaşanda İmamın səhabələrindən olan Əbu Səmamə Sa-idi onun qabağını kəsərək dedi: Qılıncını aç sonra İmamın yanına get. O cavabında and içərək sadəcə elçi olduğunu və qılıncını açmayacağını əgər yol verməzsə qayıdacağını bildirdi.
- Əbu Səmamə dedi ki, onda mən əlimi sənin qılıncının üzərinə qoyum sən öz xəbərini çatdır. Kəsir yenə razı olmadı. Əbu Səmamə növbəti dəfə dedi: Gətirdiyin xəbəri mənə de mən onu İmama (ə) çatdırım çünki sən əxlaqsız insansan və mən razı olmaram İmamın yanına gedəsən. Yenə Razı olmayan Kəsir, İmam Hüseynlə (ə) görüşmədən Ömər Sə`din yanına qayıdır.
Hadisəni Ömər Sə`də danışır, Ömər Sə`d Qurət ibn Qeys Hənzəli adında başqa birisini İmam Hüseynin (ə) yanına göndərdi ki, həzrətin bura gəlməsinin səbəbini soruşsun. Qurət ibn Qeys, İmama tərəf hərəkət etdi.
- İmam Hüseyn (ə) səhabələrindən soruşdu: Bu kişini tanıyırsınızmı? Həbib ibn Məzahir ərz etdi: Bəli! Mən onu yaxşı fikirlə tanıyıram və onu bu mövqedə olmasını güman etmirdim.
- Qürrət ibn Qeys gəlib İmama salam verib öz xəbərini çatdırdı. İmam Hüseyn (ə) buyurdu: Sizin şəhərin əhalisi məktub yazaraq məni dəvət edib, əgər mənim gəlişimdən sevinmədinizsə qayıdacam. Qürrət ibn Qeys qayıtmaq istəyəndə Həbib ibn Məzahir buyurdu: Ey Qürrət! Vay olsun sənə! Nə üçün zalımların yanına qayıdırsan?! Bu kişiyə köməkçi ol ki, onun atalarının vasitəsi ilə doğru yola hidayət olmusan.
-Qürrət ibn Qeys cavab verdi: Mən xəbərin cavabını Ömər Sə`də çatdırım bu haqda düşünəcəm. Sonra Ömər Sədin yanına qayıdıb onu işin gedişatından xəbərdar etdi. Ömər Sə`d dedi: ümidvaram ki, Allah məni Hüseyn (ə) ilə döyüşməkdən azad etsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2023 12:20 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |