|
• DünyadaHulusi Akar: “Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək”Hazırlıqlar başa çatıb, Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.Ahlibeyt.az-ın Türk mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Avropadan olan bəzi siyasətçilərin “Azərbaycan Ordusu Qarabağı dağıtdı” kimi fikirlərinə münasibət bildirərək qeyd edib ki, bu barədə səslənən fikirlər həqiqətə uyğun deyil. Hulusi Akar əlavə edib ki, Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa zidd heç bir addım atmayıb: "Azərbaycan Ordusunun gördüyü iş 30 ildən bəri işğal altında olan torpaqlarının azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir. Bu cür yanlış fikirlərlə Azərbaycan Ordusunu ittiham etmək yolverilməzdir. İnsanın vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bunu etdi.". Türkiyəli nazir Azərbaycana göndilməsi nəzərdə tutulan türk əsgərləri ilə bağlı məsələyə toxunaraq bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2020 11:27 ⁄ Çap
Bu bölmədə14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib14 Yanvar, 2021 Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün İslamabad bəyannaməsi imzalanıb - Foto11 Yanvar, 2021 ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |