|
Bu axşam ehtimal olunan ikinci “Qədr gecəsi” daxil olurBu gecə 11 aprel məğrib(şam) azanı zamanı mübarək Ramazan ayının 21-i ehtimal olunan ikinci "Qədr Gecəsi"daxil olur. “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” - Qədr-2 Mübarək Ramazan ayının hər bir günü möminlər üçün əzizdir, bu ayın hər gününün, hər dəqiqəsində bərəkət, rəhmət, ilahi nuraniyyət nazil olur Allah dərgahından. Düzdür ki, Ramazan ayının hər anı möminlər üçün fürsət və gözəl şansdır ki, onlar keçmişdə elədikləri günahlardan ötrü tövbələr etsinlər. Ramazan zatən, günahları yandıran aydır, duaların geri çevrilmədiyi bir aydır. Amma, bu Ramazanda bir gecə var ki, Allah o gecəni digər, hətta, Ramazanın digər gecələrindən fərqli və daha şərafətli və şansı bol olan bir gecə qərar verib. O gecə, bildiyimiz kimi mübarək Qədr gecəsidir, kimisi bu gecəyə “əhya gecəsi” də, deyir. Bu gecə həm də Həzrət Əlinin (ə) şəhid edildiyi, ədalət mehrabında- səcdədə şəhadət şərbətini içdiyi gecədir. Bu gecə dinin sütunlarının yıxıldığı bir gecədir. Bu gecə qəm gecəsidir, mələklərin salam göndərdiyi, arxasında durub iqtida etdiyi şəxsin şəhadət gecəsidir. Həzrət Əlinin (ə) mübarək və səadətli təvəllüd günü də, şəhadətə yetdiyi gün də, birbaşa Quranın nazil edildiyi aylardadır. Mübarək və səadətli təvəllüd Rəcəb ayının 13-dədir ki, Rəcəb ayı ilk vəhyin endiyi aydır. Mübarəklik bundadır ki, Peyğəmbərə (s) 23 il müddətində Quran nazil edildikdə, ilk ayəni Peyğəmbər (s) cənab Cəbraildən alanda, Həzrət Əli (ə) Həra mağarasında Peyğəmbərlə (s) birlikdə idi. Hələ o zaman Həzrət (ə) 10 yaşında idi. İmam Əli (ə) “Nəhcul-Bəlağə”də “Qasiə” adlı xütbəsində Peyğəmbərdən (s) danışır və bu məqama toxunur: “...O hər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il Həra dağına çəkilir, qulluğa başlayırdı. Başqası görməsə də, onu mən görürdüm. O gün İslam Peyğəmbərlə Xədicədən başqasının evində yox idi. Mən də onların üçüncüsü idim. Vəhy və peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona vəhy gələrkən Şeytanın fəryadını eşidirdim və: – Ya Rəsulullah, bu fəryad nədir? – deyə soruşdum. Buyurdu ki: –Bu fəryad edən Şeytandır. Xalqın ona qulluq edəcəyindən artıq ümidini kəsmişdir. Sən mənim eşitdiyimi eşidir, gördüyümü görürsən. Ancaq sən peyğəmbər deyilsən. Fəqət vəzirsən və xeyir tərəfdarısan, ona yetişmisən...” Həzrət Əlinin (ə) şəhadəti də, Qədr gecəsi baş verir. O Həzrət Ramazan ayının 19-cu gecəsi sübh namazı vaxtı mehrabında xəvaric Əbdurrəhman ibn Mulcəm (lənətullah) tərəfindən zəhərli xəncərlə zərbətlənir və Ramazanın 21-ci gecəsində şəhid olur. İbn Mulcəm Həzrət Əlini (ə) şəhid etməklə də, öz axirət aqibətini, eləcə də, dünya aqibətini qaraldır, sağlığında ikən özünə cəhənnəm hazırlayır və əbədən Allah və mələkləri və müsəlman ümməti tərəfindən lənətlənir. Allah-Təala, bizləri bu Qədr gecələrinin hörməti İzzəti xatirinə Qurandan və Əhli-Beytdən (ə), Əlinin (ə) məhəbbətindən bir an belə, ayrı salmasın, Quran və Əhli-Beytə (ə) xatir də, bu Qədr gecələrində günahlarımızı bağışlasın! Qədr gecəsinin fəzilətləri,gecənin xüsusi əməl və tövsiyyələri mövcuddur.Aşağda qeyd olunan linklərdəndən onlarla geniş şəkildə tanış ola bilərsiniz http://ahlibeyt.az/news/a-5386.html http://ahlibeyt.az/news/a-5382.html Allah bu mübarək gecədə edilən ibadət oxunan dua və münacatlarınızı qəbul etsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2023 10:50 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |