إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qətərin baş nazirinin qızı əxlaqsızlıq yuvasında həbs olunub

"Financial Times" qəzetinin bildirdiyinə görə, İslam dünyasında nüfuzunu artırmaq peşində olan Qətərin baş naziri və eyni zamanda xarici işlər naziri Həməd bin Casimin qızı Londonda əxlaqsızlıq yuvasında həbs edilib.

Qəzetin bildirdiyinə görə, İngiltərə polisi radikal islamçıların konspirativ mənzili hesab etdikləri ünvanda axtarış-əməliyyat tədbirləri keçirdikləri zaman həmin mənzilin əslində əxlaqsızlıq yuvası olduğunu aşkar ediblər. Ünvanda saxlanılanların kimliklərini araşdırarkən isə saxlanılanlardan birinin Qətərin baş nazirinin qızı olduğu aydınlaşıb.

Qəzetin bildirdiyinə görə, yad kişi ilə bir yataqda olarkən yaxalanan Qətər baş nazirinin qızı Qətər səfirliyinin məsələyə qatışmasından sonra azad edilib. Qəzet həmçinin bildirir ki, Qətər səfirliyi məlumatın mətbuata sızmaması üçün 50 milyon dollar da təklif edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2012  06:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!