|
|
Naxçıvana gələn İran vətəndaşları üçün viza rejimi ləğv olunduNaxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib. Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb. Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir. Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib. Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Noyabr, 2019 10:58 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |