|
|
QMİ sədri Qafqazda döyüşərək canlarından keçmiş azərbaycanlıların anım mərasiminə qatılacaqQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ mətbuat xidmətinin məlumatında bildirilib ki, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Azərbaycan nümayəndə heyəti əvvəlcə İkinci Dünya müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cü Azərbaycan Atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasiminə qatılacaqlar. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək. Noyabrın 25-də Şeyxülislam A.Paşazadə Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək. Mərasimdə çıxış edəcək QMİ sədri, həmçinin respublikanın müftisi Hacımurad Qatsalova anadan olmasının 65 illik yubileyi münasibətilə təbriklərini çatdıracaq. Noyabrın 26-da QMİ sədri Şeyxülislam Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində Rusiya Federasiyası Prezident Administrasiyası və İslam elm, mədəniyyəti və təhsilinə dəstək Fondunun dəstəyi ilə keçiriləcək “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və çıxış edəcək. Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində rəsmi görüşləri nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2019 10:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |