|
|
Misirin baş müftisi “Əjdər Bəy” məscidində xütbə edəcəkMisirin baş müftisi Şövqi Əllam noyabr ayının 14-15 tarixlərində Bakıda keçiriləcək 2-ci Bakı Dünya Dini Liderləri Sammitində iştirakı çərçivəsində 15 noyabr tarixində cümə xütbəsi söyləməsi planlaşdırılır. Ahlibeyt.a-ın verdiyi xəbərə görə, bunu Salamnews-a Misir Ərəb Respublikasının Azərbaycandaki səfiri Adil İbrahim bildirib. Səfir açıqlamasında deyib ki, ilk dəfə olaraq əcnəbi xətib Azərbaycan paytaxtı Bakının ən böyük və ən qədim məscidlərindən biri hesab olunan “Əjdər Bəy” (Göy Məscid adı ilə tanınan) məsciddə xütbə söyləmək üçün minbərə çıxacaq. Səfirin sözlərinə görə, bu, Misir və Azərbaycan tərəfləri arasındaki yaxşı münasibətlərin olamsını və Azərbaycan dini qurumlarının Misiri və onun İslam Dünyasında olan mövqeyini qiymətləndirilməsini təsdiqləyir. Səfir Azərbaycan xalqının məzhəbindən asılı olmayaraq qəlbində Əzhərin istisna mövqeyi olmasını nəzərə alaraq Azərbaycan rəsmilərinin Əzhərin Şeyxinin Bakıya səfər etməsini səbirsizliklə gözlədiklərini bildirib. Xüsusən də, Sovet Dövründən bəri iki ölkənin dini rəhbərləri arasındaki sıx münasibətlərdən əlavə yüzlərlə azərbaycanlı 1991-ci ildə müstəqillik qazandıqdan sonra dini təhsillərini Əzhərdə almışdı. Qeyd olunmalıdır ki, iki ölkə arasında münasibətlər sürətli inkişafın şahidi olmuşdu. Bu, son dövrlər Xarici İşlər və Turizm nazirlərinin, habelə, Nümayəndələr Palatasının birinci müavini Şərifin Azərbaycana olan səfərlərində öz əksini tapıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2019 11:56 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |