|
• Dünyadaİsrailin Qəzzanı bombalaması nəticəsində 10 fələstinli ölübsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı on nəfərə çatıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyinin sözçüsü Vafaa Yagi məlumat yayıb. Bundan əvvəl yeddi nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilirdi. “İsrailin təcavüzü nəticəsində səhər saatlarında fələstinlilər arasında 10 nəfər ölüb, 45 nəfər yaralanıb”, - nazirlik nümayəndəsi belə deyib. Fələstin anklavının sərhədlərində son aylardakı ən böyük gərginlik İsrail Hərbi Hava Qüvvələrinin Qəzzadakı “İslam Cihadı” qruplaşmasının komandiri, İsrail vətəndaşlarına və hərbi qüvvələrə qarşı yüzlərlə terror hücumlarına görə məsuliyyət daşıyan Bahi Əbu-Atanı məhv etməsindən sonra baş verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2019 10:00 ⁄ Çap
Bu bölmədə2 Dekabr, 2019 İraq parlamenti baş nazirin istefasını qəbul edib |
Xəbər lenti
9 Dekabr, 2019 12:54
9 Dekabr, 2019 12:14
9 Dekabr, 2019 11:49
Növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək 9 Dekabr, 2019 10:36
Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib 3 Dekabr, 2019 12:56
2 Dekabr, 2019 12:58
|
© 2019 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |