إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yunanıstan vətəndaşı İslam dinini qəbul edib

Vasilis Teoharis İİR-nin Afinadakı səfirliyinin Mədəniyyət Mərkəzində İslam dinini qəbul edib.

Vasilis Teoharis Mədəniyyət Mərkəzində bu münasibətlə təşkil olunan mərasimdə şəhadəteyni iqrar edərək, İslam dini qəbul edib və özünə Rəhmətullah adını götürüb.

Vasilis Teoharis Allah-təalanın ona İslam dinini tanıtdıraraq qəbul etməsini qismət etdiyinə görə məmnun olduğunu bildirərək Allaha şükr etdiyini deyib.

Mərasimdə mərkəzin rəhbəri qısa söhbət edərək İslam dini barədə danışaraq Vasilis Teoharisi İslam dinini qəbul etməsi münasibətilə təbrik edib. Daha sonra mərkəz tərəfindən ona ərəb və yunan dilində Qurani-Kərim nüsxələri hədiyyə edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2012  18:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!