|
• DünyadaFransa prezidenti Bayonne şəhərindəki məscidə hücumu pisləyibFransanın cənubundakı Bayonne şəhərində yaşlı kişi məscidin ziyarətçilərini güllələyib, hadisə nəticəsində 2 nəfər yaralanıb. Ahlibeyt.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, polis şübhəlinin saxlanıldığını açıqlayıb. Atəş açan şəxs saxlanılıb və sorğu-sual zamanı onun 2015-ci ildə Milli Cəbhənin departament seçkilərinə namizəd olduğu məlum olub İlkin məlumatlara görə, silahlı şəxs oktyabrın 28-da yerli vaxtla saat 15:00 radələrində dini qurumun girişində ziyarətçiləri vurub, həmçinin binaya “Molotov kokteyli” atıb. Hadisə yerinə gələn yanğınsöndürənlər tez bir zamanda yanğını söndürüblər. Hadisə zamanı 74 və 78 yaşlı iki nəfər yaralanıb. Fransa prezidenti Emmanuel Makron Bayonne şəhərindəki məscidə hücumu pisləyib və Fransa müsəlmanlarının müdafiəsi üçün əlindən gələni edəcəyini bildirib. Fransa prezidenti bu dəhşətli hadisənin müəllifinin cəzalandırılması və müsəlman həmvətənlərinin müdafiəsi üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Prezident respublikada "nifrət"ə yer olmadığını vurğulayıb. Fransanın daxili işlər naziri Kristof Kastaner və digər siyasətçilər vətəndaşları müsəlman icmasına dəstək verməyə çağırıbş ediblər. İlkin məlumatlara görə, silahlı şəxs yerli vaxtla saat 15:00 radələrində dini qurumun girişində ziyarətçiləri vurub, həmçinin binaya “Molotov kokteyli” atıb. Hadisə yerinə gələn yanğınsöndürənlər tez bir zamanda yanğını söndürüblər. Hadisə zamanı 74 və 78 yaşlı iki nəfər yaralanıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2019 11:44 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
21 Sentyabr, 2024 10:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |