|
|
UNİCEF-in Azərbaycandakı nümayəndəliyi enerji içkiləri ilə bağlı valideynlərə çağırış edib"Uşaqları narkotik maddə, alkoqollu və enerji içkiləri, eyni zamanda tütün məmulatlarından qorumaq lazımdır". Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin "Liderlik Məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycanda digər ölkələrə nisbətən uşaqlar arasında narkomaniya az yayılıb: "Amma elə ölkələr var ki, orada gənclər arasında narkomaniya daha geniş vüsət alıb. Biz narkomaniya ilə mübarizə apararkən ilk olaraq bunun səbəblərini araşdırmalıyıq. Nə baş verir ki, gənclərdə narkomaniyaya meyillilik yaranır? Bu, insanda asılılıq yaradan pis vərdişdir. Deyə bilərəm ki, bəzi hallarda gənclər buna məşğuliyyətsizlikdən qurşanır". E.Karvardin bildirib ki, narkotik maddələr kimi alkoqollu içkilər və tütün məmulatlarının da uşaq və gənclərə zərərli təsirləri var: "Amma bütün bunlardan daha çox zərərli təsiri olan energetik içkilərdir. Enerji içkilərinin tərkibində olan bəzi maddələr uşaqların sağlamlığına çox mənfi təsir göstərir. Uşaqların bizim gələcəyimiz olduğunu nəzərə alsaq, o zaman bu vərdiş və asılılıqlardan onları qorumalıyıq. Ona görə də valideynlər bu məsələ diqqətli olmalıdır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2019 10:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |