|
|
Suriya Ordusu şimala doğru hərəkətə başlayıbSuriyanın şimal-qərb bölgəsini nəzarətdə saxlayan "Suriya Demokratik Qüvvələri" ilə rəsmi Dəməşq arasında əldə edilmiş razılığa əsasən Suriya Ordusu Rəqqa və Hələb əyalətinin şimalına doğru hərəkətə başlayıb. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir. Bildirilib ki, Suriya Ordusu qüvvələri Türkiyənin hücumunun qarşısını almaq üçün Minbic istiqamətdə hərəkətə başlayıblar. Kürd bölmələri bütün yolları Suriya Ordusunun hərəkəti istiqamətində açıblar. Bəzi məlumatlara əsasən Mənbicin yolunda olan ABŞ qüvvələri bu hərəkətin qarşısınıa alıblar. Eyni zamanda əldə edilmiş razılığa əsasən Suriya Ordusu Rəqqa şəhərinin cənubundakı Təbəqa hava limanını da kürd bölmələrindən təhvil alacaq. Razılaşmaya əsasən hansı bölgələrin Suriyanın Ordusuna verilməsi məsələsi tam və təfərrüatlı şəkildə açıqlanmayıb. Qeyd edək ki, Türkiyə və onun dəstəklədiyi müxalifətin silahlı qruplaşmaları ötən həftədən başlayaraq, Suriyanın şimalında SDQ bölmələrinə qarşı "Barış pınarı" əməliyyatına başlayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2019 09:51 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |