14 Oktyabr, 2019
Suriya Ordusu şimala doğru hərəkətə başlayıb

Suriyanın şimal-qərb bölgəsini nəzarətdə saxlayan "Suriya Demokratik Qüvvələri" ilə rəsmi Dəməşq arasında əldə edilmiş razılığa əsasən Suriya Ordusu Rəqqa və Hələb əyalətinin şimalına doğru hərəkətə başlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.

Bildirilib ki, Suriya Ordusu qüvvələri Türkiyənin hücumunun qarşısını almaq üçün Minbic istiqamətdə hərəkətə başlayıblar.

Kürd bölmələri bütün yolları Suriya Ordusunun hərəkəti istiqamətində açıblar.

Bəzi məlumatlara əsasən Mənbicin yolunda olan ABŞ qüvvələri bu hərəkətin qarşısınıa alıblar.

Eyni zamanda əldə edilmiş razılığa əsasən Suriya Ordusu Rəqqa şəhərinin cənubundakı Təbəqa hava limanını da kürd bölmələrindən təhvil alacaq.

Razılaşmaya əsasən hansı bölgələrin Suriyanın Ordusuna verilməsi məsələsi tam və təfərrüatlı şəkildə açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə və onun dəstəklədiyi müxalifətin silahlı qruplaşmaları ötən həftədən başlayaraq, Suriyanın şimalında SDQ bölmələrinə qarşı "Barış pınarı" əməliyyatına başlayıblar.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9866.html