إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranda Azərbaycan dili dərslikləri hazırlanaraq məktəblərə verilib - Açıqlama

Bu il yeni dərs ilindən başlanaraq İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bu sözləri Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib.

O bildirib ki, fars dili İranda milli birliyin simvolu və ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, İranın konstitusiyasında xalqlara ana dilində təhsil almaq hüququ da verilib. Vali deyib ki, Azərbaycan dilinin tədrisi bəzi neqativ söz-söhbətlərə də son qoyacaq.

M. Purməhəmmədi qeyd edib ki, tədris üçün dərs proqramı və dərsliklər artıq hazırlanaraq məktəblərə verilib.

Xatırladaq ki, İranda dərs ili sentyabrın 20 –də başlayır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2019  10:54 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!