|
AMEA fərqlənən tələbələrə xüsusi təqaüd verəcəkAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bilik Günü münasibətilə tədbir keçirilib. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, AMEA-nın prezidenti akademik Akif Əlizadə 2015-ci ildə dövlət başçısı İlham Əliyevin birbaşa dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının çox müqəddəs və məsuliyyətli bir uğura imza atdığını deyərək, Akademiyanın magistraturasına ilk qəbulun həyata keçirildiyini və bunun elmi ictimaiyyət tərəfindən uğurla qarşılandığını bildirib. A.Əlizadə akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”. AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyətinin təhsillərini doktorantura və dissertantura pilləsində davam etdirməyə nail olduqlarını söyləyən akademik A.Əlizadə 74 məzundan 48-nin öz yüksək təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirdiyini, 5 nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olduqlarını bildirib. Onun sözlərinə görə, bu ilin məzunlarından 1 nəfəri isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasasına tam təqaüdlə qəbul edilib. A.Əlizadə təhsildə və elmdə yüksək nəticələr göstərən tələbələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il təşkil edilən “Magistr” müsabiqəsindən də bəhs edib. Bu ildən isə yüksək balla magistraturaya daxil olan, həmçinin elm və təhsildə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünun veriləcəyini bildirib: "Bu, tələbələrin elm və təhsilə olan marağını artırmaqla yanaşı, onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Artıq AMEA-nın yataqxanası magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər edib. Bu da o deməkdir ki, magistrantlarımız bizim tələbəmiz olmaqla yanaşı, həm də əməkdaşımız və sakinimizdir. Bu tendensiya davam etdiriləcək və növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün “tələbə qrantı”nın da elan edilməsi nəzərdə tutulur”. Sonra AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2019 12:24 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |