|
• DünyadaNamaz vaxtları dükanların bağlanması bidətdir!Səudiyyə Ərəbistanı İstintaq və prokurorluq Bürosunun üzvü Abdullah əl-Əvilat namaz vaxtları ticarət obyektlərinin bağlı olmasını bidət adlandıraraq, bunun dinə və ağıla zidd olduğunu bildirib. O sağlam təfəkkürün bunu qəbul etmədiyini bildirərək deyib ki, eyni zamanda bütün ticarət obyektlərinin bağlı olması xalqın zərərinədir və din əslində zərərləri aradan qaldırmaq üçün gəlib. Öz sözlərinə hədislərlə istinad edən alim bildirib ki, Peyğəmbər(s) zamanı belə bir şey olmayıb və buna görə bu əməl bidətdir. O həmçinin bildirib ki, namaz vaxtı dükanların bağlanması qəlbdən gəlməli olsa da bu məcburiyyətlərlə biz bunu səmimilikdən uzaqlaşdırmışıq. Qeyd edək ki, Səudiyyə Ərəbistanının qanunlarına əsasən namaz vaxtlarında bütün dükanlar, restoranlar, banklar və hətta apteklər belə bağlı olmalıdır. Və şəriət polisi namaz vaxtları küçələrdə gəzişərək açıq olan obyekt sahiblərini cərimələyirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2012 01:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |