|
• DünyadaSəudiyyənin Yəməndə həbsxananı bombalaması nəticəsində ölənlərin sayı 100-ü keçibSəudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmənin Zimar əyalətində bir həbsxanaya 7 aviazərbə endirib. Burada ölənlərin sayı azı 100 nəfər təşkil edir. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Yəmən nümayəndəliyi məlumat verib. Bildirilib ki, beynəlxalq cəmiyyətin Yəmən üzrə nümayəndəliyinin sədri Frens Ravixnşteyn Zimarada baş verən hadisənin yerinə baş çəkib və burada azı 100 məhbusun ölümü təsdiqini tapıb. Qırmızı Xaç Cəmiyyətinin açıqlamasında məlumat verilib ki, onlar burada məhbusların saxlanılmasını bilir və ölkədə məhbusların mübadiləsi anlaşmasının bu həbsxanadakılara da şamil olacağını nəzərdə saxlamışdılar. Bundan öncə Səudiyyə Ərəbistanı koalisiyası Zimarda husilərin bir hərbi mövqeyini vurduğunu bildirib. Qeyd edək ki, öldürülən və yaralanan 170 məhbus elə Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumətin sabiq qüvvələri olublar. Husi mənbələri bildirib ki, onlar, ölkədə atəşkəs və əsirlərin mübadiləsi məsələsində bu məhbusların mübadiləsini də nəzərdə tutmuşdular.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2019 10:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |