|
• DünyadaYəmən ordusu Səudiyyədə koalisiya qüvvələrinin aeroportunu qanadlı raketlə vurduYəmən ordusu və "Ənsarullah" hərəkatı döyüşçüləri Səudiyyə Ərəbistanı cənubunda Beynəlxalq Abna Hava limanına raket hücumu həyata keçirib. Ahlibeyt.az-ın al-masirah-a istinadən verdiyi xəbərə görə, bu barədə husilərin hərbi sözcüsü Yəhya Səri məlumat verib. Onun sözlərinə görə, «Qüds-1» qanadlı raketlə həyata keçirilib, hədəf isə Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin ortaq əməliyyat mərkəzi ilə döyüş təyyarələrinin yerləşdiyi aeroport olub. Hücumla əlaqəda hava limanındakı uçuşlar təxirə salınıb. Səudiyyə Ərəbistanı hücumu təsdiqləyib. Xatırladaq ki, 2015-cü ildən etibarən Səudiyyə istefa verərək ölkəni tərk etmiş Yəmən prezidenti Mənsur Hadiyə dəstək verərək onu geri qayrtarmaq üçün hərbi əməliyyatlara başlamışdır.Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |