|
• Mənəviyyat • MənəviyyatMəscidlər behişt bağlarıdırMəscid, insanın Tanrı ilə rabitə saxladığı məxsus bir məkan olduğuna və həmçinin, Allahın evi sayıldığına görə İslam dinində xüsusi hörmətə malikdir. Belə ibadət məkanlarına hörmət bəsləməyin İslam ümməti arasında dini bir mədəniyyət və vəzifə şəklini alması üçün çoxsaylı hədislərimizdə məscidə xas olan hökmlər və ədəb-ərkan qaydaları qeyd olunub. İslami rəvayətlər müxtəlif ibarələr və ifadələrlə insanları məscidə gəlməyə həvəsləndirmiş və oraya gələn şəxslər üçün böyük savab və Cənnət hədiyyələri vəd olunmuşdur: – Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdana qədər atdığı hər addımın qarşılığında on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar. – Məsciddən uzaqda yerləşən məkanlardan(oraya ibadət etməyə) gələnlər daha çox savab qazanarlar. – Məsciddə oturmaq ibadətdir. Məscidlə ünsiyyət yaratmaq‚ Allah-Təala ilə ünsiyyət yaratmaq deməkdir. – Bağışlanmaq və İslam maarifi öyrənmək məqsədi ilə məscidə getmək həcc ziyarətinin savabına malikdir. Müsəlmanları(evdə deyil) məsciddə namaz qılmağa, ən fəzilətli və camaatın daha çox gəldiyi‚ izdihamlı məscidlərdə ibadət etməklə,Məscidül-həramda(Kəbədə),Mədinədə Peyğəmbərin (s) məscidində,Məscidül-Əqsada(Qüdsdə), cümə məscidlərində, yaşadığın ərazinin məscidində‚ bazar məscidində qılınan namazların xüsusi savabları hədislərdə qeyd olunmuşdur. Halbuki məscidə və camaat namazına etinasızlıq üzündən olmadığı halda namaz evdə icra olunarsa buna görə bir namazın savabı verildiyi qeyd olunur. Məsciddə namaz qılmağı üzrsüz səbəbdən tərk etmək qəflət və cahillik nişanəsi və təfriqə sayılmışdır. Həzrət Məhəmməd (s) buyurmuşdur: Allah-Təala buyurdu: «Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər.» Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı özü) əzizləməlidir. Qurani-kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər ilahi dərgahın və Tanrı mülküdür. Onların (minarələrinin) ucaldılmasına icazə vermiş və bərəkətli etmişdir. Məscidlər və məscid əhli bərəkətlidir. Məscidlər və məscid əhli (ilahi gözəllik və xeyir-duası ilə) zinətlənmişdir. Məscidlər və məscid əhli (ilahi bəlalardan və günah girdablarından) amandadırlar. Məscid əhli öz namazlarının və Allah-Təala da onların ruzisinin qeydinə qalır. Onlar öz məscidlərindədirlər və Allah-Təala onlara arxa-dayaqdır. İmam Əli(ə) buyurur: "Məscidlər peyğəmbərlərin məclisi və Şeytandan qorunmaq vasitəsidir." Məscid hər təqvalı insanın sarayıdır. Allah-Təalanın yanında ən sevimli yerlər məscidlərdir. İmam Sadiq(ə) buyurur: «Allah-Təala yer üzündəki altı məkanı seçmişdir: Beytullahül-həram (Kəbə)‚ hərəm‚ peyğəmbərlərin məzarları‚ (onların) canişinlərinin qəbirləri‚ şəhidlərin qətlgahları və Allaha ibadət olunan məscidlər.» Rəsulallah(s) məscidləri behişt bağları adlandıraraq buyurur: -Behişt bağlarına yolunuz düşdükdə orada gəzin. - Ey Allahın Rəsulu (s)! "Behişt bağları»ndan məqsəd nədir?" - Məscidlər. - Ey Allahın Rəsulu (s)! "Gəzmək»dən məqsəd nədir?" - "Subhənəllah vəl-həmdulilləh və lə ilahə illəl-lah vəllahu əkbər (soyləmək)."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2019 13:33 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |