إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-nin “Quran Bağçası” ən çox turist cəlb edən 100 yerdən biri – Foto

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin "Quran Bağçası" 2019-cu ildə dünyada turistləri cəlb edən 100 görməli yerdən biri elan edilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, bu barədə Amerikanın "times" qəzetindəki "2019-cu ildə turistlərin ən çox səfər etdiyi 100 yer" adlı məqalədə məlumat verilib.

Bu Quran bağçasında Qurani-Kərimdə adı çəkilən müxtəlif meyvə, bitki və ağaclardan nümənələr əkilib və tablolarda təsvir edilib. Quran dastanlarının elmi ecazkarlığı əsasında hazırlanmış bu bağçada 12 gülüstan və 7 möcüzə kompelksi nümayiş olunub.

Bağçada asılan tablolarda Quranda açı çəkilən ağac, bitki və meyvələrin tibbi faydaları barədə məlumat verilib.

Dubayın Quran bağçası 64 hektar ərazidə salanıb. Bu bağçanın salınması üçün 200 milyon dirhəm vəsait xərc edilib.

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2019  14:32 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!