إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zamanın fasid olması insanın günah etməsinə bəhanə ola bilərmi?

Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şiraziyə ünvanlanmış sual və mərcei-təqlidin həmin suala cavabı.

Sual: Zamanın fasid olması insanın günahlara aludə olmasına bəhanə ola bilərmi?

Cavab: Zaman yəni Yerin öz oxu və Günəş ətrafında dövr etməsi belə bir şey deyil ki, özü-özlüyündə saleh yaxud fasid olsun. Saat qurşaqları hamısı zatən eynidirlər. Zamana rəng verənlər şəxslərdirlər ki, onu çirkin yaxud gözəl edərək həmin zamanda yaşamağı da şirin və yaxud acı edirlər. Buna görə "bizim zamanımız xarabdır" sözündən məqsəd budur ki, bizim zamanın insanları xarabdırlar.

Bu fikir eynilə məkana da aidir. Yəni əgər deyilirsə ki, "filan şəhər yaxud filan ölkə fasid olmuşdur" yəni həmin yerin əhalisinə işarədir.

Camaatın çoxu zəmanəni və yaxud yaşadığı yeri bəhanə gətirərək günaha aludə olmalarına bəraət qazandırırlar. Və onlardan soruşanda ki, sən və ailən niyə günaha mürtəkib olub, cavab verir ki, nə edim axı? Zəmanə və yaşadığımız diyar xarabdır. Halbuki fasidlik ondan və onunla birlikdə yaşayan insanlardan zahir olmaqdadır.

Bu mətləb Hz.Məhəmməd(s) peyğəmbərin babası Əbdül-Müttəlibə nisbət verilən şeirdə gözəl ifadə olunmuşdur:

وَ یُعیبُ النّاسُ کُلّهُم زَماناً *** وَ ما لِزَمانِنا عیَبٌ سِوانا

نُعیبُ زَمانَنا وَ الْعِیبُ فینا *** وَلَو نَطَقَ الزَّمانُ بِنا هَجانا

وَ إنَّ الذَّئبَ یَتْرُکُ لَحْمَ ذِئب *** وَ یَأکُلُ بَعْضُنا بَعْضاً عَیاناً

Biharul-Ənvar c.49, səh.111

Camaatdan bir hissəsi zəmanəyə eyb tutur. Halbuki bizim özümüzdən başqa zəmanənin eybi yoxdur. Biz öz zəmanəmizə eyb tuturuq amma eyb bizim özümüzdədir. Əgər zəmanə dil açsa, bizi məsxərə edəcək. Canavarlar bir-birinin ətini yemirlər. Amma biz bir-birimizin ətini yeyirik.

Aydın olan budur ki, zəmanə özü heç vaxt düzəlmir. Yalnız camaatın əvəzlənməsilə düzəlir. Və Allahın lütfü də onlara özləri səy göstərməsələr nazil olmur: "...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz..." (Rəd surəsi, ayə 11) Buna əsasən deyilməlidir ki, bütün hallarda əsl müqəssirlər insanların özləridi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2012  06:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!