إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Statusu dəyişdiriləndən bəri Kəşmirdə 4 mindən çox insan saxlanılıb

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin avqustun əvvəlindən statusunun dəyişdirilməsindən bəri birlik ərazilərində azı 4 min insan saxlanılıb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “France Presse” agentliyi Hindistanın hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, saxlanma tədbirləri ictimai təhlükəsizlik haqqında qanuna əsasən həyata keçirilib. Bu qanunverici akt hakimiyyət nümayəndələrinə saxlanılan şəxsi məhkəmə olmadan iki il müddətinədək həbs etməyə imkan verir.

“Saxlanılanların əksəriyyəti həbsxanaların dolması səbəbindən təyyarə ilə Kəşmirdən aparılıb”, - deyə agentlik hindistanlı hakimlərin sözlərindən sitat gətirib.

Qeyd edək ki,Hindistanın baş naziri Narendra Modi Cammu və Kəşmirin muxtariyyətini təmin edən konstitusiya bəndinin ləğv edilməsini rəsmən bəyan edib.Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb.Kəşmirin statusunun ləğv edilməsi Hindistan parlamentinə də dəstəklənib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2019  10:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!