|
|
Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başladıAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 iyul 2019-cu il tarixdə üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına müsahibə başladı. Müsahibə 27 iyul - 2 avqustadək davam edəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutdan mətbuata verilən aşıqlamada bildirilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürü, insanlarla ünsiyyət bacarığı və İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirir. Xatırladaq ki, qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib. Ümumilikdə 131 nəfər abituriyent qeydiyyatdan keçib. Dini-Psixoloji Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil edilib. Məlumat üçün bildiririk ki, 27 iyul 09:00-dan başlayan qabiliyyət imtahanı avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəlaiyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2019 10:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |