|
• Mənəviyyat • MənəviyyatNamazı beş vaxtda qılmaq yaxşıdır yaxud üç vaxtda?Keçən əsrin sonlarında vəfat etmiş arif alim Ayətullah Seyyid Rza Bəhaəddininə ünvanlanmış sual və mərcei-fəqidin həmin suala cavabı. Sual: Gündəlik namazları beş vaxtda qılmaq yaxşıdır yaxud üç vaxtda? Cavab: Namazı beş vaxtda yaxud üç vaxtda qılmaq mühüm deyil. Mühüm olan namazın əsli və ruhudur. Əgər namazınızın qəbul olub-olmadığını bilmək istəyirsinizsə, baxın görün qıldığınız namaz sizi yalan danışmaqdan, günah və xəbis işlər görməkdən saxlayırsa, bilin ki, namazınız qəbuldur. Namazın işi budur. Necə ki, su odu söndürər, eynilə də namaz da insana pisliklərdən nicat verər. Əgər insan pis iş görmək fikrinə düşdüyü zaman namazı ona deyirsə, "sən axı namaz qılır, Allaha ibadət edirsən. Bu işi görmə!" və o bu işi görmürsə, deməli, namazı qəbuldur. "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir".(Ənkəbut surəsi, ayə 45) Hz.Əli(ə) buyurmuşdur: "Namaz hamam kimidir". Əgər bir nəfər səhər-axşam hamamda yuyunarsa, onun bədəni heç çirkli qalar? Namaz da lazımi şəkildə yerinə yetirilərsə, insanı günahlardan və çirkinliklərdən pak edər. Əgər görsəniz ki, günahlardan paklanmısınız, yalan danışmırsız, xəyanət etmirsiz və hoqqabazlığı kənara qoymusuz bilin ki, namaz qılmısınız. Yox əgər bu cür deyilsə, bilin ki, namaz qılmamısınız. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2012 06:18 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |