|
|
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmirÖlkəmizin əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini vəziyyətlə bağlı yazılan yazılarda, sosial şəbəkələrdə verilən məlumatlarda qərəz, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Əlbəttə, bunlar anti-Azərbaycan ünsürlərin fəaliyyətinin nəticəsidir. “Azərbaycan dini tolerantlıq baxımından, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir. Ancaq ölkəmizin əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim xüsusi qrupumuz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda həmin qrup bu məlumatların yalnış olması barədə ictimaiyyəti məlumatlandırır”,- deyə Komitə sədri vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2019 10:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |