إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ heç bir xalqın müstəqil olmasını istəmir

İranda səfərdə olan Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.

Məşhəd şəhərində İmam Rza(ə) ziyarətgahında, güzgülü zalda baş tutan görüş zamanı Ayətullah Xamenei iki ölkə arasında olanəlaqələrin daha da genişlənməsinin zəruri olduğunu bildirərək deyib ki, iki ölkə arasında əldə olunan razılıqlar təkcə Türkiyə və İranın deyil, bütün İslam dünyasının xeyrinədir.

Bölgədə baş verən hadisələrə işarə edən Ayətullah Xamenei bildirib ki, Allahın lütfü ilə bölgədə baş verən hadisələr müsəlmanların xeyrinədir və bundan sonra da belə olacaqdır. Həmçinin ABŞ dövlətinin heç bir xalqı müstəqil görmək istəmədiyini vurğulayan İranın Ali Dini Rəhbəri deyib ki, buna görə bu həssas məqamda müstəqil dövlətlər gərək düzgün qərarlar qəbul etsinlər. Və bu qərarlar İslam dövlətlərinin xeyrinə uyğun olsun.

Türkiyədə islamçıların hakimiyyətdə olmasına işarə edən Ayətullah Xamenei bildirib ki, bu şərait ABŞ və Qərbin istəklərinə uyğun deyil amma İran dövləti müsəlman qardaşların Türkiyəyə rəhbərlik etməsindən şaddır.

Suriyada cərəyan edən hadisələrə də toxunan Ali Məqamlı Rəhbər İran dövlətinin ABŞ-ın Suriya ilə bağlı istənilən layihəsi ilə müxalif olduğunu diqqətə çatdıraraq, Suriyanın sionist rejimin müqabilində dayanaraq müqaviməti dəstəklədiyinə görə Suriyanı müdafiə edəcəklərini bəyan edib və bildirib ki, istənilən xarici qüvvənin Suriyanın daxili işlərinə qarışmasının əleyhinəyik.

Ayətullah Xamenei əlavə olaraq bildirib ki, Suriyada islahatların keçirilməsini dəstəkləyirik və bu başlanılan islahatlar gərək davam etdirilsin.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da həmçinin görüşdən məmnun qaldığını bildirərək və iki ölkə arasında olan əlaqələrin xüsusilə də enerji məsələləri ilə bağlı əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu deyib. O həmçinin bölgədəki vəziyyətin çox çətin olduğunu bildirərək deyib ki, ümidvaram bu çətin günləri geridə qoya biləcəyik.

Görüş iki saat davam edib.

khamenei.ir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2012  05:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!