|
• DünyadaABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Qüds şəhərini İsrailin paytaxtı adlandırmadı (video)Hər şey Ağ Evin Dövlət katibinin müavininin vəzifəsini icra edən Ketlin Stivensin səfər edəcəyi ölkələri açıqlayan press-relizindən başlayıb. Belə ki, həmin press-relizdə Ketlin Stivensin səfər edəcəyi ölkələr arasında Qüds şəhəri ayrıca İsrail isə ayrıca göstərilib. Düzdür, daha sonra press-relizdə dəyişikliklər edilsə də İsrailin adı Tel-Əvivlə əvəzlənib. Amma bu dəyişiklik də yəhudilərin qəzəb atəşini söndürə bilməyib və dünən Dövlət Departamentinin gündəlik brifinqində Dövlət Deparrtamentinin mətbuat katibindən Qüdsün nəyə görə ayrıca adının qeyd olunması barədə açıqlama verməsini istəyiblər. Mətbuat katibi Viktoriya Nuland isə yəhudilərin hiddətinə səbəb olacaq cavabla İsrail dövlətini daha da qəzəbləndirib. Belə ki, Viktoriya Nuland bildirib ki, ABŞ dövlətinin fikrincə, Qüds şəhərinin statusu Fələstin və İsrail arasında gedən sülh danışıqlarından sonra əldə olunacaq qərara əsasən müəyyənləşəcəkdir. Eyni jurnalistin iki dəfə bu o deməkdir ki, ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanımır sualına Viktoriya Nuland hər dəfə eyni cavabı vermişdir ki, sonuncu dəfə əsəbi halda mən buna artıq 17 dəfə cavab vermişəm və əlavə etməyə bir şey yoxdur deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2012 23:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |