|
|
Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilirİyulun 1-də Bakı Konqres Mərkəzində UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başlayıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, sessiyada UNESCO-nun Baş Direktoru Odri Azulay, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə, Səudiyyə Ərəbistanın Mədəniyyət naziri şahzadə Bader bin Abdulla, UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, UNESCO təşkilatının Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, İrs şöbəsinin və UNESCO Ümumdünya İrs Mərkəzinin direktor müavini Lazar Elundu Assom, UNESCO-da Koreya Respublikası Daimi Nümayəndəliyinin İcraiyyə Heyətinin sədri Byong-Hyun Li, İSESCO Mədəniyyət idarəsinin direktoru Nacib Riati Salih, Kanar Adaları Hökumətinin prezidenti Fernando Klavixo Batlye iştirak edirlər. UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru çıxışı zamanı bildirb ki, sessiyasının yekununda Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamənin layihəsi sessiya iştirakçılarına paylanıb və müzakirələrdən sonra qəbul ediləcək. Qeyd edək ki, 24 iyun - 4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Komitəyə sədr seçilib və 2019-cu ildə Komitənin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi qərara alınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2019 10:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |