|  | 
| • Mənəviyyat • MənəviyyatXeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etməkXeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək, onların ruhuna çoxlu salavat göndərmək axirət aləmində insana fayda verəcəkmi? İnsan öz əməllərinin savabını könüllü surətdə başqasına hədiyyə edə bilər. Həmin başqa şəxs müqəddəslərdən də ola bilər. Nəzərə alaq ki, məsum insanlar nəinki bütün vacib əməlləri, hətta müstəhəb işləri də ən kamil şəkildə yerinə yetiriblər. Onların Allah yanında savabı bütün başqa insanların savabından artıqdır. Biz hər hansı əməli nə qədər səmimiyyətlə və qaydalarına uyğun formada yerinə yetirsək də, yenə məsumlar kimi davrana bilməyəcəyik. Öz əməllərimizin savabını müqəddəs şəxsə hədiyyə etmək ona deyil, bizə həm dünyada, həm də axirətdə fayda gətirər. Onun bu savaba ehtiyacı yoxdur, amma biz məsum şəxsi sevdiyimizə, dəyər verdiyimizə və öz savabımızı fədakarlıqla ona hədiyyə etdiyimizə görə savab qazanarıq. Necə ki, Peyğəmbərin (s) ruhuna salavat göndərməyin savabı da özümüzə aiddir. Bu yolla biz Allahın Qurandakı əmrini (Əhzab, 56) icra etmiş və Peyğəmbərə (s) sayğımızı göstərmiş oluruq. Mənbə:İslam.az 
 Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
         15 İyun, 2019  10:47 ⁄ Çap
     Bu bölmədə7 Noyabr, 2023Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi 16 Sentyabr, 2023Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023Eyblərin örtülməsi - Kumeyl duasının şərhi | 
  Xəbər lenti
  27 Sentyabr, 2025  11:10 9 Sentyabr, 2025  20:00 | 
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |