إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 852 nəfər müraciət edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu haqda Aktual.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək".

Qeyd edək ki,Həcc ziyarətinə avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq: “Zəvvarlar üçün 6 təyyarə ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq”.

Xatırladaq ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota qoyulub. Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2019  11:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!