|
• Dünyadaİranda sünniləri təhqir edən din xadimi həbs edilib və teleka nal işçiləri işdən çıxarılıbİran Parlamentinin sünni məzhəbindən olan deputatları bu ölkə telekanallarının birində canlı yayım zamanı məddahlardan birinin təhqirə yol verməsinə görə Ayətullah Xameneiyə müraciət ediblər. Ayətullah Xameneinin dəftərxanasından gələn göstərişdən sonra müvafiq addımlar atılıb. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews İran mətbuatına istinadla xəbər verir ki, Ayətullah Xamenei iranlı deputatların müracətinə müsbət cavab verib və lazımi addımların atılması göstərişini verib. Bu göstərişdən sonra iranlı din xadimi və əhli-beyt məddahı Əhəd Qədəmi həbs edilib. Ötən ay İranın Beşinci telekanalından yayımlanan verlişin rejissor və produsserləri də işdən çıxarılıb. Əhəd Qədəmi ötən ay həmin telekanalda canlı yayım zamanı sünni məzhəbinin rəmzi şəxslərinin ünvanına nalayiq sözlər işlətmişdi. Qeyd edək ki, Ayətullah Xamenei sünni məzhəbinin rəmzi şəxslərini təhqir etməyin haram olduğu fətvasını verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2019 11:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |