إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-də yaşlı insanlarla bağlı xüsusi qanun qəbul edilib

BƏƏ rəhbərliyi yaşlı insanlara hörmətsizlik edən ölkə sakinlərini sərt şəkildə cəzalandırmağı planlaşdırır.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Federal Milli Şura 60 yaşdan yuxarı insanların müdafiəsi barədə qanun layihəsini təsdiq edib.

Yaşlıların hüquqlarının pozulması və onlara qarşı yaraşmaz münasibətə görə cəzalar nəzərdə tutulub. Belə ki, qocalara qarşı başısoyuqluq sərgiləyən sosial işçilər böyük məbləğdə cərimələnə və ya həbs edilə bilərlər. Həmçinin yaşlı insanlara qarşı istənilən zorakılıq da həbs və cərimə ilə cəzalandırılacaq.

Eyni zamanda da, öz yaşlı qohumlarının qayğısına qalan vətəndaşlara imtiyazlar və maliyyə dəstəyinin verilməsi planlaşdırılır.

Həmçinin qanun yaşlı insanlar üçün “qaynar xəttin” yaradılmasını da nəzərdə tutur. Belə ki, yaşlı insanlar buraya zəng edərək öz hüquqlarının pozulması barədə bəyan edə bilərlər.

Qeyd edilir ki, hazırda BƏƏ-də 60 yaşdan yuxarı 25 min vətəndaş yaşayır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2019  10:27 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!